Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən fevralın 23-də saat 10:00-da Salyan rayonu Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 19 fevral tarixinədək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin shirvan-salyan@culture.gov.az elektron poçt ünvanı, (025) 295-15-82 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.