Xalq artisti Mübariz Tağıyev Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Xatirə” adlı konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan bildirilib ki, konsertdə müğənninin ifasında sevilən mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev və Vasif Bayramov da sənətkarın repertuarından mahnılar ifa ediblər.

İfaçıları Şəhriyar Tağıyevin bədii rəhbərliyi ilə estrada ansamblı müşayiət edib.