Prezident İlham Əliyevin yanvarın 29-da imzaladığı sərəncamla İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Xanlar Adil oğlu Ağalarov təyin olunub.
Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri olub. Bu vəzifəyə 2023-cü ilin martında təyin edilmişdi. Daha öncə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
Yanvarın 30-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin olunmuş Xanlar Ağalarovu kollektivə təqdim edib.