Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva ilə görüş keçirilib.

Tamaşaçıların alqış sədaları altında səhnəyə dəvət olunan Xalq artisti həyat və sənət fəaliyyəti haqqında danışıb.

Daha sonra Nazpəri Dostəliyeva repertuarından “Nə olar, Allahım, ayırma bizi”, “Dilbərim”, “Bağışla, ana”, “Yar qadanı alımmı”, “Gülüm”, “Azərbaycan” və digər sevilən mahnılarını səsləndirib.

Sonda müğənni tamaşaçıların suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.

***

Layihə çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla da görüş təşkil edilib.

Aparıcının açılış nitqindən sonra Zamiq Hüseynov “Səni sevirəm”, “Var ol”, “Kaman” kimi mahnıları səsləndirib və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Musiqili görüş “Səma” rəqs kollektivinin müşayiətilə müğənninin ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.