Sabirabaddakı “Hophopnamə” kitab mərkəzi tərəfindən 15-31 yanvar tarixlərində keçirilən rəsm müsabiqəsinə yekun vurulub.
10 gənc həvəskar rəssamın iştirak etdiyi müsabiqədə görkəmli şair Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabının motivləri əsasında rəsm əsərləri çəkilib. Aytac Məmmədova I, Mehdi Həsənli II, Şəbnəm Abasova isə III yerlərə layiq görülüblər.
Mükafatlandırma mərasimində Mil-Muğan RMİ-nin kollektivi, mədəniyyət işçiləri iştirak ediblər. İdarənin rəisi Faiq Xudanlı müsabiqə iştirakçılarına yaradıcılıq uğurları arzulayıb. Qaliblərə fəxri fərman və hədiyyə, digər iştirakçılara fəxri fərman təqdim olunub.