Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva ilə görüş keçirilib.

Tədbir Xalq artistinin ifasında “Sevdi can səni” mahnısı ilə açıq elan edilib.

Sonra müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, yaradıcılıq uğurlarından söhbət açılıb.

Görüş zamanı Tünzalə Ağayeva repertuarından “Sevgi var”, “Kaş Bakıda olaydım”, “Gülbahar”, “Hədiyyə”, “Bu gün hər şey yaxşı olacaq”, “Bir də baxım bu dünyaya” kimi sevilən mahnıları ifa edib. Tamaşaçılarla səmimi ünsiyyət yaradan müğənni ona ünvanlanan sualları cavablandırıb.

Görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə müğənninin ifasında “Mən azərbaycanlıyam” mahnısı ilə sona çatıb.