Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibətilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçiriləcək.
Musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
İfaçıları Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev) müşayiət edəcək. Orkestrin Ağaverdi Paşayevdir.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Vilayət İsmayılov və Tural Nəcəfovun, NMR-in Əməkdar artistləri Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidovun (kamança), respublika və beynəlxalq müsabiqələrin laureatları Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayevin ifaları təqdim olunacaq. Musiqi şölənində həmçinin Xalq artisti Gülyanaq Məmmədova da səhnəyə çıxacaq.