Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Novosibirsk Musiqili Teatrının 65 illik yubileyində iştirak ediblər.
Teatrdan bildirilib ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan və Belarus Respublikasının mədəniyyət nümayəndələri, teatr kollektivləri və opera ifaçıları da olublar.
Gənc solistlər Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” və “Paris Notr-Dama ithaf” tamaşalarından parçalar təqdim ediblər.
Onların səhnədə yüksək peşəkarlıq nümayişi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Novosibirsk Musiqili Teatrının direktoru Leonid Kipnis onlara və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.
L.Kipnis Aydan Həsənovanın yaradıcılığını hələ 2016-cı ildə Yekaterinburqda keçirilən Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsində münsiflər heyətinin üzvi olarkən yüksək qiymətləndirib.