Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkəmizin tarixində, ictimai-siyasi, elmi-mədəni həyatında rolunu bir daha diqqətə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Muxtar respublikanın yubileyi ilə əlaqədar mədəniyyət ocaqlarında tədbirlər təşkil olunur, müxtəlif layihələr həyata keçirilir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası – 100” adlı videoslayd virtual rejimdə oxuculara təqdim olunub.
Videoslaydda Naxçıvanın tanınmış şəxsiyyətləri, tarixi abidələri və s. haqqında məlumatlar yer alıb.
Materialda həmçinin Naxçıvan Muxtar Respublikası ilə bağlı 18 adda kitab və dövri mətbuat materialları təqdim edilib.