Görkəmli heykəltaraş, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, akademik Ömər Eldarovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici hazırlanıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan biblioqrafik göstərici görkəmli heykəltaraşın 95 illiyinə həsr edilib.

MEK-dən bildirilib ki, biblioqrafik göstərici 1960-2023-cü illəri əhatə edir. Göstəriciyə alimin portretləri, memorial abidələri və monumental əsərlərinin siyahısı, eyni zamanda, dövri mətbuatda Azərbaycan və rus dillərində dərc olunmuş məqalələrinin, redaktoru olduğu elmi əsərlərin siyahısı daxil edilib.

Vəsaitin elmi redaktoru MEK-in direktoru professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Rəna Cavadova, tərtibçisi Nərgiz Novruzovadır.

Göstərici sənətşünaslıq sahəsində çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.