Fevralın 12-də Astara rayon Heydər Əliyev Mərkəzində “Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib.

Mərkəzin baş fond mühafizi Elza Kazımova bildirib ki, Azərbaycanda tarixən bütün  xalqlara, milli azlıqlara və etnik qruplara eyni normal münasibət bəslənilib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

Tədbirə qatılan şagirdlərin mövzu üzrə sualları cavablandırılıb. Sonda iştirakçılar mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxıblar.

Nurəddin