Mədəniyyət naziri Adil Kərimlinin fevralın 23-də Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Qəbul fevralın 17-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək.
Qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhəri sakinlərinin iştirakı nəzərdə tutulub.