Fevralın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera studiyasında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Rəşid Behbudovun (1915–1989) xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilə birgə layihə əsasında təşkil olunacaq konsertdə filarmoniyanın solistləri və orkestri, həmçinin tanınmış estrada ulduzları çıxış edəcəklər.

Konsert proqramında Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd və digər tanınmışların ifasında Rəşid Behbudovun repertuarından unudulmaz mahnılar səslənəcək.

Musiqi axşamı həmin gün iki seansda (saat 17:00 və 20:00) təqdim olunacaq.

Lalə