İlk dəfə Azərbaycan dilində “Azərbaycan florası” çoxcildliyi nəşr olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva məlumat verib. Kitabın nəşrə hazırlanması üçün işlərə başlanılıb.
Əvvəllər Azərbaycan florasında 4 200 bitki növü qeydə alınmışdı. Son illərdə aparılmış elmi-tədqiqatlar nəticəsində yeni bitki növləri də tapılıb. Beləliklə, Azərbaycan florasında artıq bitki növlərinin sayı 4 700-dən çoxdur.
On cilddə nəzərdə tutulan nəşrdə qeydə alınmış bütün bitki növləri haqqında məlumatlar veriləcək. Bundan əlavə, Özbəkistan, Çin, Böyük Britaniya, Türkiyə, Macarıstan və digər ölkələrin florası haqqında məlumatlar əldə olunub.