Azərbaycan Kinematoqrafçılar İttifaqı “Dünya kinosu şedevrləri Azərbaycan dilində” silsilə film nümayişlərini davam etdirir.
Fevralın 20-də saat 19:00-da “Azərbaycan” “CinemaPlus”da gürcü rejissor Tengiz Abuladzenin 1984-cü ildə lentə aldığı “Tövbə” bədii filmi nümayiş olunacaq.
Tiran və yaradıcı şəxs haqqında fəlsəfi pritça kimi çəkilmiş “Tövbə filmi 1987-ci ildə Kann Kino Festivalının üç mükafatını qazanıb.
Xronometrajı 2 saat 24 dəqiqə olan ekran əsərini Hamlet Xanızadə səsləndirib.
Filmin nümayişinə giriş sərbəstdir.