AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyi münasibətilə elektron məlumat bazası yaradılıb.

İnstitut kitabxanasının müdiri Briliant Hacıyeva, baş kitabxanaçı Lalə Hüseynova və kitabxanaçı Firuzə Həmidova tərəfindən hazırlanmış “Məhəmməd Füzuli – 530” adlı məlumat bazasına böyük söz ustadının bu kitabxanada qorunan əsərləri, o cümlədən yaradıcılığını tədqiqinə həsr olunan nəşrlər haqqında biblioqrafik məlumatlar daxil edilib.

Elektron məlumat bazası ilə https://drive.google.com/file/d/1LmC84dfrKXIK6vp_4bIxFInqb1bOWgjS/view linkinə keçid etməklə tanış ola bilərsiniz.