Fevralın 16-da Qusar Dövlət Ləzgi Dram Teatrında yerli müəllif Mirzəli Rüstəmovun “Yeni müdir” komediyası əsasında hazırlanan tamaşanın premyerası olub.

Səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Asan yolla varlanmaq istəyən ər-arvadın düşdüyü tragikomik hadisələrdən bəhs edən tamaşada rolları Arzu Məmmədrzayeva, Elnur Hacıyev, Yeganə Kərimova, Emma Xeyirbəyova, Diana Cəfərova, Malik Ramazanov, Tofiq Mustafayev, Ramella Rzayeva, Mirzə Salmanov, Romik Maxsudov, Romik Davudov və Tərlan Cəbrayılov ifa edirlər.