Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 10 nömrəli tam orta məktəbdə böyük yazıçı-dramaturq, naşir, maarif xadimi Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illik yubileyi ilə əlaqədar “Dövrünün aynası” adlı icmal keçirib.

İcmal zamanı şagirdlərə Mirzə Cəlilin həyat yolu və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, görkəmli ədib insanları cəhalətdən, nadanlıqdan xilas etmək üçün mübarizə aparıb, xalqımızın inkişafı yolunda böyük əzmlə xidmət göstərib. O,  Azərbaycan ədəbiyyatına tənqidi realizm ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri kimi daxil olub.