Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Əliağa Kürçaylının (1928–1980) xatirəsinə həsr olunan “Mən sənin yanına qışda gəlirdim...” adlı ədəbi-bədii gecə keçirilib.

Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən gecədə rayon rəsmiləri, mədəniyyət nümayəndələri, poeziyasevərlər və şairin doğmaları iştirak ediblər.

Tədbirdə Əliağa Kürçaylının ömür yolundan söhbət açılıb. Qeyd edilib ki, 1946-cı ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn Əliağa Kürçaylının əsərləri sonradan müntəzəm olaraq mərkəzi və respublika mətbuatında dərc olunub. Onun “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” və başqa kitabları oxucuların rəğbətini qazanıb.

Ədəbi-bədii gecədə şairin şeirləri səsləndirilib, kompozisiyalar təqdim edilib. Həmçinin müəllifin sözlərinə bəstələnən mahnılar ifa olunub.

Nurəddin