Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ermənilərin xalqımıza qarşı yürütdüyü etnik təmizləmə, soyqırımı işğal və talançılıq siyasəti, hadisələrin xronologiyası və ağır nəticələri barədə danışılıb, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə məlumat verilib. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən Xocalının da işğaldan azad olunması nəticəsində tarixi ədalət bərpa edilib.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.