Astana Musiqili Gənc Tamaşaçılar Teatrında qazax yazıçısı Dulat İsabekovun “Qauhartas” əsəri əsasında hazırlanmış tamaşa bir il ərzində 165 dəfə oynanılıb. “24KZ” televiziya kanalının məlumatına görə, Astanada və digər şəhərlərdə göstərilmiş tamaşanı təxminən 70 min nəfər seyr edib.
İyirminci əsrin 70-ci illərində Qazaxıstan çöllərində yaşamış sadə və böyük ailənin həyatından bəhs edən tamaşaya Əməkdar incəsənət xadimi Asxat Maemirov quruluş verib. Səhnə əsəri harada göstərilməyindən asılı olmayaraq, tamaşa anşlaqla keçir.
Məlumat üçün deyək ki, bu teatr ölkənin ən gənc teatr kollektivlərindən biridir. 2020-ci il dekabrın 14-də ilk tamaşasını oynamış teatrın repertuarında hazırda iyirmidən çox əsər var. Teatrın səhnəsində kiçikyaşlı tamaşaçılar üçün musiqili nağıllar, daha böyüklər üçün qazax və rus dramaturgiyasından seçmə əsərlər oynanılır. Tamaşaların əksəriyyəti qazax dilində göstərilir.
Gülcahan