Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzində Mil-Muğan RMİ, Azərbaycan Yazıçılar Birliyi (AYB) və başqa qurumların birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, şair, tərcüməçi, ssenarist Baba Vəziroğlu ilə görüş keçirilib.

“Günlərdən şeir” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Baba Vəziroğlu 44 günlük Vətən müharibəsi zamanı yazdığı şeirlərindən bəhs edib, “Cənab Ali Baş Komandan” şeirini söyləyib.

Görüş zamanı iştirakçıları maraqlandıran sualları cavablandıran şair eyni zamanda oxucuların xahişi ilə bir neçə şeirini səsləndirib. Onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, “Günlərdən şeir” layihəsinin rəhbəri, AYB-nin mətbuat katibi Xəyal Rza görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Nurəddin