Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır.

Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.

Onun sözlərinə görə, son üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb. “Bu gün dünyada 1 milyard insanın türk seriallarına baxması real uğurun çox mühüm göstəricisidir”, – deyə Altun vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyasının təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib: “Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.