Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirin əvvəlində Milli Konservatoriyanın xor ansamblı Dövlət Himnimizi ifa edib.
Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin sədri Aynurə Salmanlı çıxış ediblər. Qədir Xəlilov həyata keçirdikləri layihələrdə Qarabağın zəngin maddi-mənəvi irsi, ədəbiyyat, incəsənət və musiqi mədəniyyətini də diqqətdə saxladıqlarını bildirib.
Kulturoloq, professor Fuad Məmmədov və Minəxanım Əsədova tədbir iştirakçılarına Qarabağ mədəniyyəti haqqında danışıblar.
Bədii hissədə Bakı Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası nümayiş olunub. Sənətçilərin ifasında musiqi nömrələri səslənib.