Yaradıcı sənaye istehsalçılarının nüfuzlu beynəlxalq festivalı “Cannes Lions” (“Kann aslanları”) 1954-cü ildən Fransanın Kann şəhərində keçirilir. 1955-ci ildən isə festival çərçivəsində gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” (“Gənc aslanlar”) müsabiqəsi təşkil olunur.
2020-ci ildə ölkəmiz də ilk dəfə bu müsabiqəyə qatılıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions” Azərbaycan” bu il üçüncü dəfə keçiriləcək. Film, rəqəmsal, dizayn, print, media və s. olmaqla bir çox kateqoriya üzrə təşkil edilir. “Young Lions” Azərbaycan”da isə gənclər “film”, “dizayn” və “print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.
30 yaşadək (21 iyun 1993-cü il tarixindən sonra doğulanlar) yaradıcı şəxslərin komanda şəklində müsabiqəyə qatılması üçün nəzərdə tutulur. İşlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “dizayn” kateqoriyası üzrə xülasə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq.
Qeydiyyat 27 mart 2024-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanı əldə edəcəklər.
Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində keçiriləcək. Biletləri www.canneslions.az saytında almaq olar.
“Young Lions” Azərbaycan” müsabiqəsinin qalib komandaları (3 komanda) bu ilin 17–21 iyununda Kann şəhərində keçirilən böyük finalda ölkəmizi təmsil etmək haqqı qazanacaq.
Tədbir haqqında yeniliklərdən sosial media vasitəsilə xəbərdar olmaq üçün “Young Lions” Azərbaycan” səhifəsini izləyə bilərsiniz.