Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə uşaqlar üçün dramaturq Mehman Musabəylinin “Ana keçi ilə canavarın davası” ssenarisi əsasında nağıl-tamaşa hazırlanır.
Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Qurban Rəsulov, Nərmin Abbasova, Nazilə İmamhüseynova, Fidan Lətifova, Günay Novruzəliyeva, Rəsul Məmmədrəhimov, Gülxar İmamhüseynova, Rəşid Mirizadə, Nuranə Mirzəliyeva, Pərviz İsmayılov, Elvin Mabudov, Azad Məmmədov, Nərmin Nəbiyeva və Aytac İsmayılova ifa edirlər.
Səhnə əsəri martın 19-dan 26-dək (gün ərzində üç seans) nümayiş olunacaq.