Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün maraqlı və əyləncəli proqram hazırlayır.
Uşaqlar əvvəlcə Novruzun personajları olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə hazırlanmış kompozisiyaya tamaşa edəcəklər. Sonra onlar Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxacaqlar.
Novruz şənliyinin quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Hazırda teatrın yaradıcı kollektivi 2024-cü ilin repertuar planına daxil edilən E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqləri də davam etdirir.