Salyan Tarix-Diyarşünaslıq Muzeyində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas və həyat yoldaşı, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist, Əməkdar jurnalist İradə Tuncayla görüş keçirilib.

Görüşdə rayon rəsmiləri, mədəniyyət işçiləri, yazarlar, jurnalistlər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda hər iki yazar yaradıcılıqları barədə məlumat verib, xatirələrini dilə gətirib, oxucuların suallarını cavablandırıblar.

Bədii qiraətçilər Xalq şairi Məmməd Arazın şeirlərini səsləndiriblər.

Sonda Aqil Abbas “Çayqırağında bitib, susuz qalan ağacların sağlığına” kitabını oxuculara təqdim edib.

Nurəddin