Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Xaçmaz “Panda School”un birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ana təbiəti qoruyaq!” adlı sərgi keçirilib.

Çıxışlarda qeyd olunub ki, bu gün bəşəriyyəti ən çox narahat edən məsələlərdən biri də ətraf mühit problemidir. Bu problemə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Prezidentin bununla bağlı sərəncamı Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

***

Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanası (Quzanlı qəsəbəsi) “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə orta məktəb şagirdləri ilə tədbir keçirib. Tədbir zamanı kitabxananın əməkdaşları tərəfindən məktəblilərə ölkəmizdə ətraf mühitin qorunması istiqamətində atılan addımlar haqqında məlumat verilib.

Şagirdlər “Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgiyə baxıblar.