Salyan Dövlət Kukla Teatrında təkcə uşaqlar üçün tamaşalar hazırlanmır. Martın 5-də kollektiv Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsəri əsasında səhnələşdirilən tamaşanın premyerasını edib.
Tamaşanın quruluşçu rejissoru Laləzər Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, rəssamı Gülay Abasova, musiqi tərtibatçısı Elvin İsayev, rejissor assistenti Aynur Ağalarovadır. Rolları Böyükağa Mehdizadə, Nərmin Hüseynli, Röyal Qurbanov, Maytab Gözəlova, Mədinə Ramazanova, Mirxədicə Mirzəyeva və başqaları ifa edirlər.
Xeyir (Mələk) və Şərin (İblis) daimi mübarizəsindən bəhs edən əsər teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.