Şəhid heykəltaraşın yaradıcılıq sərgisi

 

Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan RMİ-nin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində Aprel döyüşləri (2016) şəhidi, heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa can verib “Küləklə sovrulan” adlı yaradıcılıq sərgisi keçirilib.

Əvvəlcə şəhidin Çuxuryurd kəndində yerləşən məzarı ziyarət olunub. Çıxış edənlər Samir Kaçayevin həyat və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən söz açıblar.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, torpaq uğrunda şəhid olmağın ən ali, uca zirvə olduğunu qeyd edib.

Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məzun olub. Həmin təhsil ocağının magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən üstün tutan Samir hərbi xidmətə yollanıb. 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Nurəddin