Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov şairin yaradıcılığından bəhs edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova və  “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru Nüşabə Məmmədli şairin poeziyasının məziyyətlərindən danışıblar.

Tədbir çərçivəsində R.Qusarçaylının “Azərbaycan bayrağı” şeiri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub.

Sonda şair tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Yubilyara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanı təqdim olunub.

Nurəddin