Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı şəhid və qazi ailələri üçün konsert proqramı təşkil edilib.

Konsertdə "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Sahil Quliyevin bədii rəhbərliyi və Sənan Cavadovun quruluşunda maraqlı rəqslər təqdim edilib.

Musiqili axşamda Xalq artisti Şahnaz Haşımova, solistlər Şirxan Cahangirov, Samir Məmmədov, Zəminə Nuriyeva, Xəyal Əliyev, İlham Qasımov, Rövşən Məmmədov, Əli Əliyev, Elşən Cəfərov, Əli Məmmədov, Azər Verdiyev və “Bülbül vokal məktəbi”nin üzvləri çıxış ediblər.

Proqramda Cahangir Cahangirov, Zakir Bağırov, Ələkbər Tağıyev, Elza İbrahimova, Müslüm Maqomayev və Emin Sabitoğlunun əsərləri səsləndirilib.

Gecədə təqdim olunan “Nağara şou” da tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nurəddin