Avstriyanın “Servus” televiziya kanalının (“Servus” TV) əməkdaşları Azərbaycanın turizm imkanları və mədəni zənginlikləri ilə bağlı çəkilişlər aparmaq məqsədilə ölkəmizə səfər edib.

Qonaq heyət paytaxtın turizm imkanları və mədəni mənzərəsi, böyük teatr və konsert salonları haqqında süjetlər hazırlayır.

“Servus” TV-nin əməkdaşları martın 10-da Beynəlxalq Muğam Mərkəzini də ziyarət edərək çəkiliş aparıblar. Qonaqlara mərkəzin yaranma tarixi və fəaliyyəti, muğam sənəti və milli musiqi alətlərimiz barədə məlumat verilib. Solistlərin ifaları da telekanal tərəfindən lentə alınıb.

Bildirək ki, çəkiliş qrupuna telekanalın “kulTOUR” layihəsinin moderatoru, tanınmış teatr meneceri, hazırda Metropolitan Operasının baş menecerinin müşaviri İoan Holender rəhbərlik edir.

Lalə