Suraxanı rayon Heydər Əliyev Mərkəzində 10 mart – Milli Teatr Günü ilə əlaqədar “Heydər Əliyev və milli teatrımız” mövzusunda tədbir keçirilib.
Əlamətdar gününün tarixi haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıblar. Qeyd edilib ki, teatr sənəti daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunub, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.
Bədii hissədə 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzindəki teatr dərnəyinin üzvləri S.Vurğunun “Vaqif” tamaşasından “Vaqif və Qacarın dialoqu” səhnəsini canlandırıblar.