Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi münasibətilə “Gerçəkləşməyən arzular” adlı benefis nümayiş olunub.
Teatrdan bildirilib ki, benefisdə Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Hamlet”, “Antoni və Kleopatra”, Cəfər Cabbarlının “Sevil”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyeslərindən istifadə edilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistentləri Fuad Cavadzadə, Günay Qasımovadır.
Səhnəni yubilyarla birlikdə Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov da bölüşüblər.
“Mirvari” rəqs ansamblının üzvləri də Naibə Allahverdiyevanın benefisində iştirak ediblər. Rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.