Sabirabad kitab klubu tərəfindən elan olunan I Sabirabad hekayə müsabiqəsi başa çatıb.

Yazıçı, şair Nisə Bəyimin (1955–2020) xatirəsinə həsr olunmuş müsabiqənin yekun tədbiri “Hophopnamə” kitab mərkəzində təşkil olunub.

Tədbirdə Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, Sabirabad rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Çıxış edənlər Nisə Bəyim yaradıcılığının müxtəlif yönlərindən bəhs edib, onun özünəməxsus poeziya aləmindən söhbət açaraq qələm sahibi ilə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda regionda yaradıcı düşüncəyə malik yeniyetmə və gənclərin potensiallarının inkişaf etdirilməsində belə müsabiqələrin əhəmiyyəti vurğulanıb.

Daha sonra hekayə müsabiqəsinin qalibləri elan olunub. Qaliblərə sertifikat və hədiyyələr təqdim edilib.

Nurəddin