Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Sehrli karusel” musiqili tamaşası ilə Qəbələdə balaca teatrsevərlərinin görüşünə gedib. 

Səhnə əsəri Qəbələ rayon Mədəniyyət Mərkəzində nümayiş olunub. Aktyorların məharətlə canlandırdıqları müxtəlif nağıl qəhrəmanları azyaşlı tamaşaçıların böyük marağına səbəb olub, onlara unudulmaz anlar bəxş edib.