Azərbaycan Dövlət Kukla Teatrı “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı və “Baku Elektronics” şirkətinin dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində repertuarındakı baxımlı nümunələrindən birini – “Məlikməmməd” tamaşasını nümayiş etdirib.
Regionlardakı uşaq və yeniyetmələrə teatra sevgi və marağın aşılanması məqsədilə reallaşan aksiya tamaşaçıların ürəyincə olub.
Birhissəli tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşada rolları Aygül Ağayeva, Elgün Həmidov, Elnur Xəlilov, İqbal Əliyev, Səbinə Məmmədova və b. ifa ediblər.