İspaniyanın “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir poeziya nümunələrinə geniş yer ayırıb.
Tərcümə Mərkəzindən bildirilib ki, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən, Eldar Baxış, Vaqif Bayatlı Odər, Zakir Fəxri, Adil Mirseyid, Əlisəmid Kür, Rüstəm Behrudi, Salam Sarvan, Həmid Herisçi, Fərhad Mete və Leyla Əliyeva kimi tanınmış ədəbi simaların ispan dilinə tərcümə olunmuş əsərləri kitabın “Ədəbi nəşrlər” bölməsində işıqlandırılıb.
Kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış ispan filoloqu Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.