Martın 19-dan Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə uşaqlar üçün dramaturq Mehman Musabəylinin “Ana keçi ilə canavarın davası” adlı ssenari əsasında hazırlanmış nağıl-tamaşanın nümayişinə başlanılıb.
Məqsəd Novruz günlərində uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Qurban Rəsulov, Nərmin Abbasova, Nazilə İmamhüseynova, Fidan Lətifova, Günay Novruzəliyeva və başqaları ifa edirlər.
Novruz tamaşası gün ərzində üç seans olmaqla, martın 26-dək davam edəcək.