Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin (RMİ) tabe müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə müəllim və şagirdlərin, eyni zamanda tanınmış müğənnilərin ifasında mahnılar səslənib, rəqslər ifa olunub.

Bahar qızının gəlişi, Kosa ilə Keçəlin məzəli çıxışları tədbirə xüsusi rəng qatıb. Milli adət-ənənələrimizi əks etdirən bir sıra oyunlar tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıb.

Nurəddin