Xalq artisti, görkəmli teatr və kino aktyoru Lütfəli Abdullayevin (1914–1973) anadan olmasının 110-cu ildönümü ilə əlaqədar martın 27-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əhməd haradadır?” filmi nümayiş olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirə Yasamal rayonunda yerləşən 53 və 60 nömrəli tam orta məktəblərin bir qrup şagirdi qatılıb.
Əvvəlcə Lütfəli Abdullayevin həyat və yaradıcılığı, Azərbaycan kinosunda yaratdığı obrazlar qalereyası haqqında məlumat verilib.
Sonra məktəblilər görkəmli aktyorun “Zülümov” obrazını yaratdığı “Əhməd haradadır?” (1963, rejissor Adil İsgəndərov) filminə baxıblar.