27 mart – Dünya Teatr Günündə Gəncə Dövlət Dram Teatrı ilə Rumıniyanın Craiova şəhər “Marin Sorescu” Milli Teatrı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Gəncə Dövlət Dram Teatrından məlumat verilib. Memorandumu hər iki teatrın direktorları Aqil Bəhramlı və Aleksandr Boureanu imzalayıblar.
İmzalanma mərasimində Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare də iştirak edib.
Sənəddə qarşılıqlı səfərlərin, ustad dərslərinin təşkili və bu kimi yaradıcılıq mübadilələri nəzərdə tutulub.