Bu il görkəmli bəstəkar, dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev sənətkarın 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Bəstəkarın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.
Aprelin 17-də saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) çıxış edəcək.
Qeyd edək ki, konsertin media tərəfdaşları arasında "Mədəniyyət" qəzeti də var.