Bakıdakı Rus Evində böyük Azərbaycan şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun yaradıcılığına həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbi Azərbaycan” jurnalı Poeziya şöbəsinin müdiri Alina Talıbova şairin yaradıcılığı haqqında məlumat verib.

Poeziya gecəsini “Lalələr” uşaq ansamblı yetirmələrinin, Asəf Zeynallı adına Bakı Musiqi Kolleci şagirdlərinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası məzunlarının, eləcə də gənc istedadlı şairlərin parlaq çıxışları bəzəyib.

“Kitablar və yubilyar yazıçılar” ədəbi layihəsinin qaliblərinə diplomları tədbirin fəxri qonağı, Səməd Vurğunun nəvəsi, respublika və beynəlxalq müsabiqələr və festivallar laureatı Vurğun Vəkilov təqdim edib.