Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Rəşad Novruzovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəşad Novruzovun həyatından bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda şəhidin döyüş yolu və şücaəti haqqında məlumat verilib.
Sonda Əməkdar artist Babək Niftəliyev, İlkin Əhmədov, Azərbaycan Dövlət Televiziyası və Beynəlxalq Muğam Mərkəzinin solistləri və digər müğənnilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Qeyd edək ki, Rəşad Elşad oğlu Novruzov 2002-ci ildə Bakıda anadan olub. 255 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 44 günlük Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. O, 9 noyabr 2020-ci il tarixində Şuşa ətrafının düşməndən təmizlənməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Cəbrayıl və Şuşanın azad olunmasına görə medallarına layiq görülüb.