Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa iclasda iştirak edib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təşkil olunan iclasda İctimai Şuranın sədri, Milli Məclisin deputatı akademik Nizami Cəfərov çıxış edərək şura tərəfindən həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
İctimai Şuranın sədr müavinləri – Əkbər Qoşalı və Vüqar Qədirov, eləcə də üzvlər – kinorejissor Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva və Adilə Nəzərova çıxış edərək şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.