1-3 aprel tarixlərində Bakıda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Nazir muzeyin ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri ilə tanış olub. Qonağa bu mədəniyyət ocağının yaranma tarixi və fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, muzeydə qorunub saxlanılan xalça və xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri, həmçinin kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Zərgərlik fondunu da ziyarət edən nazir Anatoli Markeviç zəngin milli mədəni irsimizlə tanışlıqdan məmnunluğunu ifadə edib, muzeylə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.
Qonağa muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalça hədiyyə olunub.