Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923–1985) anadan olmasının 101 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə təşkil olunacaq.

Məruzələr akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri, eləcə də klassik ədəbiyyatda təbiət motivləri mövzularını əhatə etməlidir.

Konfransın materiallarının toplu halında çapı nəzərdə tutulur. Arzu edənlər konfrans məruzələrinin mətnini elektron qaydada institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinə təqdim edə və ya 1 iyun 2024-cü il tarixinədək z.aliyeva.yasildunya@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.